Ombudsman Aparatının əməkdaşları MTN-də saxlanılan Rauf Mirqədirov və Arif Yunusla görüşüblər

Ombudsman Aparatının əməkdaşları MTN-də saxlanılan Rauf Mirqədirov və Arif Yunusla görüşüblər
# 06 oktyabr 2015 09:38 (UTC +04:00)

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Həmin müəssisədə saxlanılan şəxslərdən Rauf Mirqədirov, Arif Yunusov və digərlər ilə təkbətək qaydada görüş keçirilib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlanılma şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməmiş, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR