İctimai Palatanın Koordinasiya Şurasına seçkilər gecikə bilər

İctimai Palatanın Koordinasiya Şurasına seçkilər gecikə bilər
# 30 aprel 2013 13:49 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “İctimai Palatanın Koordinasiya Şurasına keçiriləcək seçkilər gecikdirilə bilər. Lakin əksəriyyət belə hesab edir ki, bu məsələyə mayda aydınlıq gəlməlidir”. Bu açıqlamanı APA-ya İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn verib.

P.Hüseyn deyib ki, İctimai Palatanın Koordinasiya Şurasının üzvlüyünə keçirilən seçkilər qurumda aparılan islahatlar və struktur dəyişiklikləri ilə bağlı gecikdirilir: “Əslində seçkilərin keçirilməsi ilə bağlı konkret tarix göstərilməyib. Ancaq rəsmi qərar olmasa da, bu seçkilərin may ayında keçirilməsi nəzərdə tutulub. Artıq İctimai Palatanın may sessiyası yaxınlaşır. Bu məsələ bir neçə dəfə Koordinasiya Şurasının iclaslarında qaldırılıb. Hesab edirəm ki, seçkilərin keçirilməsinə dair qərar qəbul olunacaq”.

P.Hüseynin sözlərinə görə, qarşıdan gələn sessiyada seçkilərin tarixi də müəyyənləşə, keçirilməsi prosesinə start verilməsi haqda ilkin razılıq da əldə oluna bilər: “Hazırda seçkilərin keçirilməsi ilə bağlı qeyri-müəyyənlik Milli Şura yaradılmasına dair proseslə də bağlı ola bilər. Güman edirəm ki, həm Koordinasiya Şurasına keçiriləcək seçkilər, həm də digər aydınlaşdırılması zəruri olan məsələlər baxımdan may mühüm ay olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR