Metro tikintisi ilə əlaqədar Bakının bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq

Metro tikintisi ilə əlaqədar Bakının bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq
# 26 mart 2013 10:26 (UTC +04:00)

Bakı. Əli Əhmədov-APA-Economics. Bu gün Bakının bəzi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq. «Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu ərazisində yeni metro stansiyasının tikintisi ilə əlaqədar A. Salamzadə və C. Məmmədquluzadə küçələrində kommunikasiya xətlərinin köçürülməsi işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su kəmərinin yeri dəyişdirilib və hazırda su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar martın 26-da gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Azadlıq prospekti, T.Əliyev, Ş.Rəhimov, Atatürk, X.Şuşinski küçələrinə və 3-cü Alatava yaşayış sahəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR