Azərbaycan prezidenti İtaliyada rəsmi səfərdədir - VİDEO

Azərbaycan prezidenti İtaliyada rəsmi səfərdədir - <span style="color: red;">VİDEO
# 14 iyul 2014 09:02 (UTC +04:00)

APA-nın məlumatına görə, Romanın Beynəlxalq Hava Limanında dövlət başçısını İtaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Prezidenti Romadakı “Villa Borghese” parkında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb.

Sərəncama əsasən, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.

Səfər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR