Hindistanda anomal istidən ölənlərin sayı 1100 nəfəri keçib - VİDEO

Hindistanda anomal istidən ölənlərin sayı 1100 nəfəri keçib - <span style="color: red;">VİDEO
# 26 may 2015 23:26 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Hindistanın Meteoroloji Departamentinin məlumatında bildirilir.

Məlumata görə, anomal isti hava səbəbindən ən çox ölüm halları Andxra Pradeş ştatında qeydə alınıb – 852 nəfər. Telanqana ştatında isə 266 nəfər istilərin qurbanı olub. Andxra Pradeş ştatında 44,8 dərəcə isti qeydə alınıb. Telanqana ştatında isə temperatur rekordu 46,8 dərəcə təşkil edib.

Sinoptiklər anomal istilərin 2 gün davam edəcəyini proqnozlaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR