Azərbaycan London beynəlxalq kitab sərgisində təmsil olunur

Azərbaycan London beynəlxalq kitab sərgisində təmsil olunur
# 16 aprel 2013 08:45 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Azərbaycan aprelin 15-də Londonda başlayan növbəti beynəlxalq kitab sərgisində təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkəni bu il Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu, həmin şöbənin baş məsləhətçisi Aslan Cəfərov və “Şərq-Qərb” nəşriyyat evinin direktor müavini Sevil İsmayılova təmsil edir.


Milli ekspozisiyanı təşkil etmək məqsədilə sərgidə 24 kvadratmetrlik sahədə stend avadanlığı quraşdırılıb və Azərbaycanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş 115 adda 200 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunur.

Sərgi aprelin 17-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR