Bank Of Baku

Estoniya XİN rəhbəri: Azərbaycan-Ermənistan normallaşma prosesi böyük perspektivlər vəd edir

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna

© APA | Estoniyanın xarici işlər naziri Marqus Tsahkna

# 27 noyabr 2026 12:53 (UTC +04:00)

Son bir il yarım ərzində ölkələrimiz arasında münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib.

APA xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Özəl sektor şirkətlərinin fəallığı və dövlətlərarası münasibətlərimizin dinamikası ortaq maraqlarımızın mövcudluğundan xəbər verir. Azərbaycanın enerji sahəsindəki təcrübəsi, Şərq-Qərb və Orta Dəhliz layihələri, eyni zamanda, regionda normallaşma prosesi böyük perspektivlər vəd edir.

Ermənistanda da səfirliyimizi açmışıq. Bu, regiona marağımızın və Cənubi Qafqazda iştirakımızı genişləndirmək niyyətimizin göstəricisidir. Cənab Prezident İlham Əliyevlə görüşümüz zamanı qlobal təhlükəsizliklə bağlı narahatlıqlarımızı da müzakirə etdik”, - estoniyalı nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR