Rusiya və Ukrayna XİN rəhbərləri avqustun 17-də görüşəcək

Rusiya və Ukrayna XİN rəhbərləri avqustun 17-də görüşəcək
# 16 avqust 2014 01:38 (UTC +04:00)

“Bu görüş dairəvi və ya dördkünc masa şəklində keçirilə bilər, istənilən halda danışıqlar baş tutmalıdır”. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə öz “Tvitter” səhifəsində Ukrayna XİN rəhbəri Pavel Klimkin bildirib.

Kremlin mətbuat xidməti görüşün keçiriləcəyini təsdiqləyib və əlavə edib ki, müzakirəyə çıxarılacaq məsələlər birbaşa görüşdə irəli sürüləcək.

Qeyd edək ki, ötən gün Rusiya və Ukrayna prezident administrasiyalarının rəhbərləri – Sergey İvanov və Boris Lojkin arasında görüş küçieilib.

“Tərəflər Rusiya, Ukrayna, Almaniya və Fransa XİN rəhbərləri səviyyəsində görüşün keçirilməsini razılaşdırıb. Müzakirə olunacaq məsələlər birbaşa görüşdə irəli sürüləcək”, deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR