Hacıqabulda avtomobil beton səddə çırpılıb, bir ailənin altı üzvü xəsarət alıb

Hacıqabulda avtomobil beton səddə çırpılıb, bir ailənin altı üzvü xəsarət alıb
# 22 iyul 2016 07:41 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun 140-cı kilometrliyində, Hacıqabulun Qarasu kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Məmmədov Əli Firudin oğlunun idarə etdiyi "Mitsubishi" markalı, 90 BB 932 dövlət nömrə-nişanlı avtomobil yolun kənarındakı beton səddə çırpılıb. Nəticədə sürücü və onun ailə üzvləri - 1967-ci il təvəllüdlü İmanova Güldanə Bəxtiyar qızı, 1991-ci il təvəllüdlü Məmmədov Zöhrab Əli oğlu, 1994-cü il təvəllüdlü Məmmədova Zülfiyyə Arzu qızı və 2015-ci il təvəllüdlü Məmmədzadə Sidiqə Zöhrab qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR