Bank Of Baku

Slovakiyada bir sıra obyektlərdə təhlükəsizlik gücləndirilib

Slovakiyada bir sıra obyektlərdə təhlükəsizlik gücləndirilib
# 16 may 2024 19:25 (UTC +04:00)

Baş nazir Robert Fitsoya sui-qəsddən sonra parlamentin binası daxil olmaqla, məktəblər, kütləvi informasiya vasitələrinin redaksiyaları və digər ictimai əhəmiyyətli binalarda təhlükəsizlik tədbirləri gücləndirilib.

APA-nın “teraz.sk”ya istinadən xəbərinə görə, bunu ölkənin Polis Departamentinin rəisi Lyubomir Solak deyib.

O bildirib ki, müvafiq qərar Baş Prokurorluğun göstərişi əsasında qəbul olunub.

L. Solakın sözlərinə görə, digər siyasi liderlərin, eləcə də ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının ünvanına daxil olan təhdidlərlə bağlı da araşdırma aparır.

Polis rəisi proses yekunlaşana qədər onların mühafizəsi gücləndirildiyini də bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR