Bakı-APA. Slovakiyanın paytaxtı Bratislavada Milan Ştefanik adına beynəlxalq aeroport güclü qar səbəbindən fəaliyyətini dayandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Bratislavaya uçan təyyarələr müvəqqəti olaraq hava şəraiti daha əlverişli olan Budapeşt aeroportuna istiqamətlənir.
“Güclü qar səbəbindən London, Milan və Antaliyada Bratislavaya uçan təyyarələr artıq Budapeşt aeroportuna istiqamətlənib. Aviaşirkətlər ölkədən gedən sərnişinləri avtobuslarla Macarıstanın paytaxtına çatdırır, gələnləri isə geri, Bratislavaya gətirir”, deyə Bratislava aeroportunun mətbuat katibi Dana Madunisku bildirib.