Dövlət Komitəsinin sabiq aparat rəhbərinin adı Kollegiya üzvləri siyahısından çıxarılıb

Dövlət Komitəsinin sabiq aparat rəhbərinin adı Kollegiya üzvləri siyahısından çıxarılıb
# 01 iyun 2016 14:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” qərarına dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən Dövlət Komitəsinin Kollegiya üzvlərinin sayı 10 nəfərdən 11 nəfərə qaldırılıb. Komitənin sabiq aparat rəhbəri, rüşvətxorluqda günahlandırılan Səfər İmanovun adı Kollegiya üzvləri sırasından çıxarılıb, yeni aparat rəhbəri Oqtay İbrahimov Kollegiya üzvü olub. Kollegiya üzvləri sırasında əvəzləmələr də həyata keçirilib. Dövlət Komitəsi Aparatının uşaq problemləri şöbəsinin dünyasını dəyişmiş müdiri Sənubər Əlizadənni yerinə Dövlət Komitəsi Aparatının regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva, Dövlət Komitəsi Aparatının ümumi şöbəsinin müdiri Yeganə Musazadənin yerinə isə Dövlət Komitəsi Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov təyin olunub. Y. Musazadə 2013-cü ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının maliyyə-təsərrüfat şöbəsinin müdiri Nəsib Hüseynov Kollegiya üzvlüyündən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR