Fuad Qəhrəmanlının cinayət işi üzrə istintaq yekunlaşıb

 Fuad Qəhrəmanlının cinayət işi üzrə istintaq yekunlaşıb
# 31 may 2016 15:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

F. Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, istintaq orqanı tərəfindən istintaqın yekunlaşdığı elan edilib.

Yaxın günlərdə vəkillər cinayət işinin materialları ilə tanış olmağa başlayacaqlar.

Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR