AMB-nin avtomobillərini və nağd pulunu sığortalayan şirkətlərin adı açıqlanıb

AMB-nin avtomobillərini və nağd pulunu sığortalayan şirkətlərin adı açıqlanıb
# 12 oktyabr 2015 08:03 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Paşa Sığorta" və “Azərbaycan Sənaye Sığorta” şirkətləri Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi tenderin qalibi olub.

"APA-Economics"in verdiyi xəbərə görə, "Paşa Sığorta" əsas vəsaitlərinin və nəqliyyat vasitələrinin KASKO sığortasını həyata keçirəcək.

Nağd pulun sığortası isə "Azərbaycan Sənaye Sığorta" şirkətinə həvalə olunub.

Qeyd edək ki, qalib şirkətlərlə satınalma müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR