ABŞ İrana baş sağlığı verib

ABŞ İrana baş sağlığı verib
# 10 aprel 2013 14:50 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. ABŞ Dövlət Departamenti İrana Buşəhr vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərlə bağlı başsağlığı verib.

APA-nın “Asrİran” saytına istinadən məlumatına görə, bu barədə departamentin rəsmi nümayəndəsi Patrik Ventrell açıqlama verib.

Qeyd edək ki, aprelin 9-da yerli vaxtla saat 16:22-də yerin 12 km dərinliyində Buşəhr vilayətinin Kaki şəhərində Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında da hiss olunub. İndiyədək ərazidə 90 təkrar təkan qeydə alınıb. Hadisə nəticəsində 39 nəfər ölüb, 850 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR