Azərbaycanın təhsil naziri Polşa səfirini qəbul edib

Azərbaycanın təhsil naziri Polşa səfirini qəbul edib
# 09 aprel 2015 14:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov Polşaın Azərbaycana yeni təyin olunmuş səfiri Marek Tsalkanı qəbul edib.

Təhsil Nфzirliyindən APA-ya verilən xəbərə görə, təhsil naziri polşalı diplomatı yeni vəzifə təyinatı münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycanla Polşa arasında təhsil sahəsində mövcud əməkdaşlıq məsələləri, iki ölkədə həyata keçirilən təhsil islahatları və faydalı təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR