Əfqanıstanda mayın 5-də yeddi ABŞ əsgəri həlak olub

Əfqanıstanda mayın 5-də yeddi ABŞ əsgəri həlak olub
# 05 may 2013 03:18 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda mayın 5-də ölkənin müxtəlif yerində törədilmiş iki partlayış nəticəsində 7 ABŞ hərbçisi həlak olub.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Əfqanıstanın rəsmi qurumlarının açıqlamasına əsasən, onlardan 5 nəfəri ölkənin cənubundakı Qəndəhər vilayətində zirehli döyüş maşınının yolda quraşdırılmış minaya düşməsi nəticəsində ölüb.

İkinci insident Əfqanıstanın qərbində Farah əyalətində qeydə alınıb. Burada Əfqanıstan milli ordusunun əsgəri iki amerikalı hərbçini qətlə yetirib.

Xatırladaq ki, bir neçə gün öncə Hilmənd əyalətində yol kənarında quraşdırılmış partladıcı qurğunun işə düşməsi nəticəsində 3 britaniyalı əsgər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR