Meksikada yüksək çinli polis məmuru güllələnib

Meksikada yüksək çinli polis məmuru güllələnib
# 06 fevral 2013 03:12 (UTC +04:00)

Bakı-APA. Naməlum şəxslər Meksikanın şimalında yerləşən Uruaçi şəhərinin polis rəisini qətlə yetirib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Ruben Rodriqes Soto şəhərin əsas meydanında öldürülüb.

Məlumata görə, qətlin səbəbləri hələlik məlum deyil, lakin, bundan əvvəl polis əməkdaşları dəfələrlə narkomafiyanın hədəfi olub.

Meksika prezidenti Enrike Penya Nyeto polisin tərkibində narkobizneslə mübarizə üzrə xüsusi qurum yaradılacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR