“Azərenerji”: Bayram günlərində əhalinin enerji tələbatı tam ödəniləcək

“Azərenerji”: Bayram günlərində əhalinin enerji tələbatı tam ödəniləcək
# 17 mart 2015 10:11 (UTC +04:00)

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, həmin günlərdə qrafik üzrə planlaşdırılmış təmir işlərin aparılması nəzərdə tutulmur.

“Digər günlərə nisbətən bayram günlərində elektrik enerjisinə olan tələbatın artması ilə əlaqədar elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir. Bu bayram günlərində də respublikamızda enerji təchizatı müəssisəsinin tələbatına uyğun elektrik enerjisi ilə təmin edilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib və bütün imkanlar səfərbər edilib”, - deyə məlumatda qeyd edilir.

Məlumatda qeyd edilib ki, ilin əvvəlindən nəzərdə tutulan işlər yerinə yetirilib: “Bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Əlavə mal-material ehtiyatı yaradılıb və növbətçi briqadaların sayı artırılıb. Bu briqadalar nəqliyyat vasitəsilə təmin olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR