Arif Hacılı: “Müsavatdan deputatlığa namizəd olacaq şəxs partiya qarşısında öhdəlik götürməlidir”

Arif Hacılı: “Müsavatdan deputatlığa namizəd olacaq şəxs partiya qarşısında öhdəlik götürməlidir”
# 04 aprel 2015 10:58 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyasında qurultaydan əvvəl və qurultaydan sonra yaranmış fəsadlar aradan qaldırılıb”.

APA-nın məlumatlına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Müsavat Məclisinin bu gün keçirilən toplantısındakı çıxışında deyib.

A. Hacılı bildirib ki, hazırda Müsavat Partiyası əvvəlki illərə nisbətən daha çevik fəaliyyət göstərir: “Bir çox fəaliyyətsiz rayon təşkilatları buraxılaraq yeni rayon təşkilatları yaradılıb. Partiya 6 ay müddətində respublika ərazisində iki zona müşavirəsi keçirib və bütün rayon təşkilatları həmin toplantılarda iştirak ediblər”.

O, Müsavat Partiyasının parlament seçkilərinə hazırlığı barədə də danışıb. A. Hacılı bildirib ki, Müsavat Partiyası adından deputatlığa namizəd olacaq şəxs partiya qarşısında müəyyən öhdəlik götürməlidir: “Çünki biz görmüşük ki, bəzi üzvlər deputat seçiləndən sonra, partiya əleyhinə fəaliyyət göstərir, strukturlara tabe olmur. Bu baxımdan öhdəliyin olması vacibdir. Sonda namizədləri Müsavat Partiyasının Məclisi təsdiqləyəcək”.

A. Hacılı Müsavat Partiyasının daxilində baş verən hadisələrə də münasibət bildirərək, partiyanın demokratik prinsiplər əsasında idarə edildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR