Rumıniyanın baş naziri: “Azərbaycanla əməkdaşlığa xüsusi önəm veririk”

Rumıniyanın baş naziri: “Azərbaycanla əməkdaşlığa xüsusi önəm veririk”
# 25 aprel 2013 10:08 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli – APA. Rumıniyanın baş naziri Viktor Ponta Avropa Şurası Parlament Assambleyasında çıxış etdikdən sonra assambleya üzvlərinin suallarını cavablandırıb. APA-nın Strasburq müxbirinin xəbərinə görə, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü olan millət vəkili Qənirə Paşayeva Rumıniya baş nazirinə onun may ayında Azərbaycana planlaşdırılan səfəri barədə sual verib: “Cənab baş nazir, ölkəniz Azərbaycanla bütün sahələrdə o cümlədən enerji, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa böyük önəm verir. Baş nazir kimi may ayında Azərbaycana ilk səfərinizi etməyi planlaşdırırsınız. Səfər zamanı Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində hansı məsələlər diqqət mərkəzində olacaq?"

V. Ponta cavabında Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyib: “Mənim səlahiyyət müddətimdə əsas hədəflərimdən biri Qara dəniz bölgəsində enerji potensialın inkişafıdır. “Nabucco” layihəsi birinci prioritetdir. Bölgədə bütün ölkələr arasında daha təkmil əməkdaşlıq iqtisadi inkişafı təmin etməklə bu ölkələrə orta və uzunmüddətli faydalar gətirəcək. Ölkənizə böyük məmnuniyyətlə səfər edəcəyəm. Enerji mühüm məsələdir və bu səbəbdən Avropa Birliyi 25 mayda bu mövzuya diqqətini yönəldəcək. Biz “Nabucco”nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdayıq".

Çıxış bitdikdən sonra Q. Paşayeva V. Ponta ilə görüşüb. Azərbaycana ilk səfəri zamanı əməkdaşlığın genişlənməsi istiqamətində önəmli məsələlərin müzakirə olunacağını söyləyən baş nazir, Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini xüsusi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR