«A-Group» sığorta şirkəti nizamnamə kapitalını artırır

«A-Group» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 29 mart 2013 14:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «A-Group» sığorta şirkətinin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.


QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 696,8 manat, sayı 7 750 ədəd, emissiyanın ümumi həcmi isə 5 400 200 manat təşkil edir.


Emissiya «A-Group»un hər birinin nominal dəyəri 609 manat olan 7 750 ədəd (ümumi həcmi 4 719 750 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 14,4% artaraq 5 400 200 manata çatacaq.

Xatırladaq ki, «A-Group» sığorta şirkəti 1995-ci ildə təsis edilib. Hazırda şirkətin nizamnamə kapitalı 4 719 750 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR