İranda nəşr edilən “Xudafərin” jurnalının 100-cü sayının təqdimatı keçirilib

İranda nəşr edilən “Xudafərin” jurnalının 100-cü sayının təqdimatı keçirilib
# 20 fevral 2013 13:28 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Tehranda çap olunmuş “Xudafərin” jurnalının 100-cü sayının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin üzvləri, yazarlar, qəzet redaktorları iştirak edib. Toplantıda çıxış edən xalq şairi Fikrət Qoca jurnal haqqında məlumat verib.

Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz çıxış edərək, Cənubi Azərbaycan ədəbiyyatının keşməkeşli yolundan danışıb. Bildirib ki, Güney Azərbaycan ədəbiyyatı təzyiqlərin, zindanların şahidi olan ədəbiyyatdır: “ “Xudafərin” jurnalı Tehranda çap olunmasına baxmayaraq, Şimali Azərbaycan ziyalılarına da yer verir. Bu jurnal həm də bir körpü rolunu oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR