Bank Of Baku

Azərbaycan prezidenti israilli həmkarını təbrik edib

Azərbaycan prezidenti israilli həmkarını təbrik edib
# 18 aprel 2018 16:18 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev israilli həmkarı Reuven Rivlini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident, İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR