Pakistanda partlayış nəticəsində 16 insan həlak olub, 70 nəfər yaralanıb

Pakistanda partlayış nəticəsində 16 insan həlak olub, 70 nəfər yaralanıb
# 17 dekabr 2012 12:16 (UTC +04:00)

Bakı-APA. Pakistanda törədilmiş partlayış nəticəsində ən azı 16 insan həlak olub, ölənlərin çoxu qadın və uşaqdır. APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində daha 70 insan yaralanıb, onların bir neçəsinin vəziyyəti kritikdir.

İnsident ölkənin şimal-qərbində, Əfqanıstanla sərhədinin yaxınlığında yerləşən Cəmrud şəhərinin bazarında baş verib. Partlayış yerli administrasiyasının ofisinin yaxınlığında törədilib.

Terrorçular bombanı avtobus dayanacağının yaxınlığında saxlanılmış avtomobilə qoyub. Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, partlayıcı “Suzuki” markalı avtomaşında quraşdırılıb. Partlayış nəticəsində 10 avtomobilə və 15 ticarət obyektinə də zərər dəyib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Qeyd edək ki, partlayış taliblərlə təhlükəsizlik qüvvələri arasında Peşəvər aeroportunda baş vermiş toqquşmadan 15 saat sonra törədilib. Toqquşmada azı 5 silahlı öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR