Şimal bölgəsinin məktəbliləri Şəkidə olublar

Şimal bölgəsinin məktəbliləri Şəkidə olublar
# 18 noyabr 2015 14:12 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şimal bölgəsinin məktəbliləri Şəkidə olublar.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarının məktəblilərindən ibarət qruplar Şəki rayonunda ekskursiyada olublar.

Tur-aksiyanın iştirakçılarına qədim Şəkinin tarixi, mədəniyyəti və turizm potensialı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Şəki həm də festivallar şəhəri kimi tanınır. Belə ki, hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR