Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 3% azalıb

Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 3% azalıb
# 16 iyun 2016 11:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 91,7 mln. nəfər olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,7% azdır.

Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 12,2%-i metronun payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR