Göyçay sakini elektrik vurması nəticəsində ölüb

Göyçay sakini elektrik vurması nəticəsində ölüb
# 14 iyul 2014 18:40 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçayın Şahsoltanlı kəndində qeydə alınıb.

Kənd sakini 1964-cü il təvəllüdlü Kərimov Kərim Musa oğlu yaşadığı evdə elektrik lampasını dəyişərkən ehtiyatsızlıq edib və naqildəki nazaqlıq səbəbindən cərəyan onu vurub. Hadisə yerinə Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri gəlsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR