Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların yeni siyahısı təsdiqlənib

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların yeni siyahısı təsdiqlənib
# 30 aprel 2015 15:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”n təsdiq edib.

APA-nın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların yeni siyahısı Azərbaycan prezidenti İlham Əliyevin 16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanının icrası ilə bağlı təsdiqlənib.

Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumların siyahısında 11 regional aqrokimya laboratoriyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası, Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, 19 Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu, 8 regional aqrar elm və informasiya mərkəzi, Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası, Dəmir yolunda Dövlət Baytarlıq Nəzarəti İdarəsi, şəhər və rayonlarda yerləşən 63 baytarlıq idarəsi, Respublika Baytarlıq Laboratoriyası, 12 zona baytarlıq laboratoriyası, Respublika Bitki Mühafizəsi Mərkəzi və Cəngi pestisid poliqonu yer alıb.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı təşkilatların siyahısına isə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, Bakı Dövlət “Cıdır meydanı” Məhdud Məsuliyyətli Cəmiyyəti, Respublika Süni Mayalanma Mərkəzi, Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodu, yeni yaradılan və rayonlarda yerləşən 20 kənd təsərrüfatı istehsal müəssisəsi məhdud məsuliyyətli cəmiyyəti, Təchizat Bazası, “Azərbaycan Aqrar Elmi” jurnalının və “Kənd həyatı” qəzetinin redaksiyaları daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR