Qəza səbəbindən Gəncənin bir hissəsi qazsız qalıb

Qəza səbəbindən Gəncənin bir hissəsi qazsız qalıb
# 13 aprel 2013 11:18 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərinin bir hissəsi təbii qazsız qalıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, səhər saatlarından başlayaraq Gəncə şəhəri qismən - Əziz Əliyev, Nəriman Nərimanov, Adil İsgəndərov, Fikrət Əmirov və digər böyük küçələrdəki yaşayış evləri və obyektlərin qaz təminatı dayandırılıb.

Gəncə Qaz İstismarı Hissəsinin baş mühəndisi Şubay Nəsibovun bildirdiyinə görə, qazın verilişinin dayandırılmasına səbəb qəza olub. Məlumata görə, şəhərin Şah İsmayıl Xətai küçəsində qazıntı işləri aparılan zaman qaz boru kəməri zədələnib. Ş.Nəsibov hazırda boru kəmərinin dəyişdirilməsi ilə bağlı tədbirlərin görüldüyünü bildirib.

Təxminən 4 min abunəçinin qazsız qaldığı şəhərin həmin hissəsinə mavi yanacağın axşam saatlarında verilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR