Manat dollar və avroya qarşı zəifləyib

Manat dollar və avroya qarşı zəifləyib
# 16 iyun 2016 07:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5150 manat təşkil edib.

Avro da manata qarşı bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,07% bahalaşaraq 1,7082 manata çatıb.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,87% möhkəmlənərək 0,0232 manat olub.

Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,17% güclənərək 0,5182 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1479 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,16%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisi isə 0,16% bahalaşaraq 0,7086 manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR