Türkiyə prezidenti Bidzina İvanişvili ilə əməkdaşlığın dərinləşməsini müzakirə edib

Türkiyə prezidenti Bidzina İvanişvili ilə əməkdaşlığın dərinləşməsini müzakirə edib
# 14 fevral 2013 22:31 (UTC +04:00)

Bakı-APA. Fevralın 14-də Ankarada Türkiyə prezidenti Abdulla Gül və Gürcüstanın baş naziri Bidzina İvanişvili gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib.

APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, görüş Türkiyə prezidentinin iqamətgahında baş tutub.

“Görüşün əsas mövzusu iki qonşu dövlət arasında münasibətlərin daha da dərinləşməsi olub. Tərəflər çoxtərəfli və ikitərəfli formatların prioritetlərini qeyd edib”, deyə İvanişvilinin mətbuat katibliyində bildirilib.

Məlumatda bildirilir ki, görüş dostluq xarakteri daşıyıb və səmimi mühitdə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR