Bakıda İnformatika üzrə II Beynəlxalq Olimpiada keçiriləcək

Bakıda İnformatika üzrə II Beynəlxalq Olimpiada keçiriləcək
# 07 dekabr 2012 12:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. 7-10 dekabr tarixlərində Bakıda 12 dövlətin ali məktəb tələbələrinin iştirakı ilə İnformatika (proqramlaşdırma) üzrə II Beynəlxalq Olimpiada keçiriləcək. Gənclər və İdman Nazirliyindən APA-ya verilən xəbərə görə, 70-dən çox tələbənin iştirak edəcəyi bu Olimpiadada dünyanın ən məşhur komandaları yarışacaq. Olimpiada iştirakçıları arasında proqramlaşdırma üzrə dünya çempionları da var.

Azərbaycanı olimpiadada 3 ali təhsil ocağının – Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının proqramlaşdırma üzrə tələbə komandaları təmsil edəcəklər.

Tədbir iştirakçıları dekabrın 8-də Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR