Fikrət Məmmədov Londonda keçirilən beynəlxalq tədbirdə iştirak edib - FOTO

 Fikrət Məmmədov Londonda keçirilən beynəlxalq tədbirdə iştirak edib - <span style="color: red;">FOTO
# 02 mart 2015 16:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Böyük Britaniyanın paytaxtı London şəhərində Böyük Azadlıqlar Xartiyasının (Magna Carta) 800 illiyinə həsr olunan Qlobal Hüquq Sammiti keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sammitdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə təmsil edib. Dünyanın 110 dövlətindən 2300 nümayəndənin, o cümlədən 90-dan çox ədliyyə nazirlərinin və baş prokurorların iştirak etdiyi forumun açılışında Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi, lord kansler Kris Kreylinq və Ali Məhkəmənin sədri Lord Tomas, ABŞ-ın Baş prokuroru Erik Holder, Qazaxıstanın baş naziri Karim Massimov çıxış ediblər.

Tədbirin açılışından sonra sammitdə iştirak edən ədliyyə nazirlərinin və baş prokurorların Bukingem sarayında Böyük Britaniyanın və Şimali İrlandiyanın Kraliçası II Yelizaveta tərəfindən qəbulu keçirilib. Qəbulda Azərbaycanın ədliyyə naziri F.Məmmədov da iştirak edib.

Sammitdə qanunun aliliyinin qorunması, insan hüquqları, ədalət mühakiməsinə çatımlılıq, bu sahədə qabaqcıl İKT-lərin tətbiqi, beynəlxalq hüquqi əməkdaşlıq, hüquqşünasların tədrisi və s. aktual məsələlər müzakirə olunub.


Tədbir çərçivəsində ədliyyə naziri F.Məmmədov Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi, lord kansler K.Kreylinq, ədliyyə üzrə dövlət naziri Saymon Hyuz və Ali Məhkəmənin sədri Lord Tomas ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR