Zaqatalada bədbəxt hadisə nəticəsində 1 azyaşlı ölüb, digəri xəsarət alıb

Zaqatalada bədbəxt hadisə nəticəsində 1 azyaşlı ölüb, digəri xəsarət alıb
# 17 iyul 2016 19:39 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada dağlıq ərazidə oynayan iki azyaşlı  uşaq dərəyə yıxılıb. Onlardan biri ölüb, digəri isə ağır xəsarət alıb.

 

Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə iyulun 17-i günorta saatlarında kəndin yuxarı hissəsində, dağlıq ərazidə baş verib.

 

Yuxarı Çardaqlar kənd sakinləri olan  2010-cu il təvəllüdlü Mələk Məmməd qızı Yəhyəyeva və 2011-ci il təvəllüdlü Rəcəb Məhəmməd oğlu Qurbanov ehtiyatsızlıqdan 6-7 metr dərinliyindəki dərəyə yıxılıblar. Uşaqlar kənd sakinlərinin köməkliyi ilə dərədən çıxarılıblar. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 6 yaşlı Mələk  Yəhyəyeva və 5 yaşlı  Rəcəb  Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcilli Tibbi Yardım şöbəsinin ambulator maşını ilə xəstəxanaya aparılarkən Rəcəb Qurbanov aldığı ağır bədən xəsarətlərindən yolda ölüb.

 

Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mələk Yəhyəyevaya ağır kəllə beyn travması dioqnozu qoyulub, vəziyyəti ağır kimi qiymətləndirilir.  Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR