Azərbaycanda uşaqların icbari dispanserizasiyası onların qanuni nümayəndələrinin razılığı ilə baş tutacaq

Azərbaycanda uşaqların icbari dispanserizasiyası onların qanuni nümayəndələrinin razılığı ilə baş tutacaq
# 25 yanvar 2013 12:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda nəzərdə tutulan uşaqların ildə bir dəfə icbari dispanserizasiyası (tibbi profilaktikası) onların qanuni nümayəndələrinin razılığı ilə baş tutacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirə olunan yeni “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunda göstərilib.

Qanunda nəzərdə tutulub ki, hər bir uşağın dispanzeriyasiyası üçün xərclərin norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Yeni qanunda o da nəzərdə tutulub ki, valideynlərini itirmiş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların dispanzerizasiyası müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək.

Sənəddə icbari dispanzerizasiyanın maliyyələşməsi də nəzərdə tutulub. Bildirilir ki, uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Maliyyələşdirmə qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maliyyələşmə ilə bağlı qanunda o da nəzərdə tutulur ki, dispanzerizasiya tədbirləri bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər vəsaitlər hesabına həyata keçirilə bilər.

Bundan başqa, qanunda uşaqların icbari dispanzerizasiyası ilə bağlı bir sıra sosial güzəştlər və proqramlar nəzərdə tutulub. Hazırda qanun Sosial siyasət komitəsinin iclasında müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR