AMEA-da doktoranturaya qəbul imtahanları başlanıb

AMEA-da doktoranturaya qəbul imtahanları başlanıb
# 19 noyabr 2015 14:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Fizika, Riyaziyyat və Mexanika, Mikrobiologiya, Torpaqşünaslıq və Aqrokimya institutlarında müvafiq ixtisas fənnləri üzrə doktoranturaya qəbul imtahanları keçirilib.

Bu barədə APA-ya AMEA-dan bildirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov imtahan prosesinin gedişi ilə maraqlanmaq üçün əvvəl AMEA-nın Fizika İnstitutunda, sonra isə Riyaziyyat və Mexanika İnstitutunda olublar.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 4 noyabr 2015-ci il tarixli qərarına əsasən AMEA-da doktoranturaya qəbul imtahanları 16 noyabr - 10 dekabr 2015-ci il tarixinədək keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR