Ərəb ölkələri Liqasına üzv dövlətlər avqustun 27-də vahid silahlı qüvvələrinin yaradılmasına dair protokol imzalayacaq

Ərəb ölkələri Liqasına üzv dövlətlər avqustun 27-də vahid silahlı qüvvələrinin yaradılmasına dair protokol imzalayacaq
# 26 avqust 2015 00:58 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin “Əl Fəcr” nəşri məlumat yayıb.

Qeyd edək ki, vahid ərəb silahlı qüvvələrinin yaradılması ideyası cari ilin martında Şarm əş-Şeyxdə keçirilmiş ərəb sammitində Misir prezidenti Fəttah əs-Sisi tərəfindən irəli sürülüb və Ərəb ölkələri Liqasına üzv olan dövlətlər tərəfindən dəstəklənib. Terrorçuluqla birgə mübarizə, ərəb ölkələrinin milli təhlükəsizliyinin qorunması, bölgədə sülhməramlı əməliyyatlarının aparılması vahid ərəb silahlı qüvvələrinin əsas vəzifələri kimi müəyyən edilib.

Layihəyə əsasən, vahid ərəb silahlı qüvvələrinin tərkibində 40 min hərbçi, minlərlə hərbi pilot və 3 min Hərbi Dəniz Qüvvələrinin əsgəri xidmət çəkəcək. Vahid ərəb silahlı qüvvələri qərargahı Qahirədə yerləşəcək.

Diplomatik mənbələrin məlumatına görə, Misirdən başqa, layihə artıq BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Yəmən, Liviya, İordaniya və Mərakeş tərəfindən dəstəklənib. Liviya hətta birgə qüvvələrin formalaşdırılmasına dair qərar qəbul olunduqdan sonra ölkə ərazisində fəaliyyət göstərən İŞİD və digər terrorçu qruplaşmaların zərərsizləşdirilməsi məqsədilə yardım xahişi ilə müraciət edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR