Ziyad Səmədzadə: «Real sektoru güclü olan ölkələr böhrana daha davamlıdır»

Ziyad Səmədzadə: «Real sektoru güclü olan ölkələr böhrana daha davamlıdır»
# 13 noyabr 2012 14:11 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda iqtisadiyyatın real sektorunun inkişafı, xüsusən də maşınqayırmanın inkişafı vacibdir. «APA-Economics»in məlumatına görə, bunu parlamentin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bəyan edib.

Z.Səmədzadənin sözlərinə görə, sonuncu qlobal iqtisadi böhran göstərib ki, real sektoru güclü olan ölkələr böhrana daha davamlıdır. «Azərbaycanda bu sahədə işlər davam edir və bunlar davam etdirilməlidir», - deyə komitə sədri bildirib.


Həmçinin Z.Səmədzadə 1980-ci illərin sonunda Azərbaycanda maşınqayırmanın ÜDM-də payının 16%-ə çatdığını xatırladıb. Millət vəkili bildirib ki, maşınqayırmanın inkişafı digər sahələrin inkişafına da səbəb olacaq. Z.Səmədzadənin fikrincə, Azərbaycan kimi ölkə üçün maşınqayırma sənayesinin iqtisadiyyatda payının aşağı olması təəssüf doğurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR