Bakı-APA. Misirdə Rusiyaya məxsus “Airbus-321” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərdən 96 nəfərin cəsədi Sankt Peterburq morquna gətirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onlardan beşi yaxınları tərəfindən tanınıb.
Cəsədlərin tanınması proseduru noyabrın 3-nə keçirilib.
Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb.