Xarici diplomların tanınması və nostrifikasiyası Təhsil Nazirliyinin “Elektron xidmətlər” bölməsinə daxil edilib

Xarici diplomların tanınması və nostrifikasiyası Təhsil Nazirliyinin “Elektron xidmətlər” bölməsinə daxil edilib
# 22 aprel 2013 08:56 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) sistemi (www.nostrifikasiya.edu.az) Təhsil Nazirliyinin saytının “Elektron xidmətlər” bölməsinə daxil edilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, yeni sistem nostrifikasiya prosesinin müasir tələblərə uyğun təşkili baxımından bir sıra üstün cəhətlərə malikdir. Belə ki, xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi vətəndaşlar üçün geniş müraciət imkanları açacaq, şəffaflığa, subyektiv amillərin aradan qaldırılmasına xidmət edəcək.

Qeyd edək ki, Azərbaycan 1997-ci ilin aprelindən “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası”na imza atıb və 2000-ci ildən bu prosesin həyata keçirilməsi işi Təhsil Nazirliyinə həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR