Azərbaycan Fransaya nota verib

Azərbaycan Fransaya nota verib
# 27 fevral 2013 11:04 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, daha bir nota Fransa Milli Assambleyasına təqdim olunacaq.

“Bu, ciddi cinayətdir. İstəyirik ki, Fransa parlamentinin üzvləri baş verən hadisəyə qiymət versinlər” – deyə səfirlikdən bildiriblər.

Səfirlikdən əlavə ediblər ki, hazırda hüquq-mühafizə orqanları bu cinayətin təhqiqatı ilə məşğul olsun deyə zərərçəkənlər tibbi ekspertizadan keçirilir.

Xatırladaq ki, dünən Fransa Milli Assambleyasının binasında ermənipərəst parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynovu vəhşicəsinə döyüblər. Hər iki şəxs xəstəxanaya çatdırılıb, onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR