BQXK nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdüyü Diqləm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər - VİDEO

BQXK nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdüyü Diqləm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər - <span style="color: red;">VİDEO
# 26 iyul 2014 12:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə görüşüblər.

Bu barədə APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, girovlar və Həsən Həsənovun meyitinin qaytarılması barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova APA-ya bildirib ki, görüş zamanı hər iki şəxsdən ailəsinə çatdırılması üçün məktub alınıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR