Bakıda Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib - FOTO

Bakıda Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 10 aprel 2015 19:46 (UTC +04:00)

APA-nın məlumatına görə, sarayın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirilib.

Tədbir çərçivəsində V. Mustafazadənin həyatının bütün dövrlərini əks etdirən videoçarxlar təqdim olunub. Tədbirdə Teyyub Aslanovun ifasında muğam təqdim edilib, Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri Vaqif Mustafazadənin fortepiano və orkestr üçün konsert əsərini səsləndirib, solist kimi xalq artisti Fərhad Bədəlbəyli çıxış edib.

Yubiley gecəsində “Cəngi” qrupu, xalq artisti Ənvər Sadıqov, “Qaya” Dövlət Ansamblı, caz trio, “Rast” qrupu, Rəşid Behbudov adını Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri, əməkdar artist İsfar Sarabski çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR