ADA Universitetində "Logistika və ticarət" mövzusunda ictimai müzakirələr keçirilib

ADA Universitetində "Logistika və ticarət" mövzusunda ictimai müzakirələr keçirilib
# 15 iyul 2016 17:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün ADA Universitetində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində ictimai müzakirələr silsiləsindən "Logistika və ticarət" mövzusunda tədbir keçirilib.

APA-Economics” xəbər verir ki, tədbiri Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı birgə təşkil edib.

Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, tədbirin keçirilməsində məqsəd logistika və ticarət sahəsində qarşıdakı uzunmüddəətli dövr üçün strategiyanın müəyyənləşdirilməsidir. “Azərbaycanın birbaşa dənizlərə çıxışının olmamasına baxmayaraq həm şimal-cənub, həm şərq-qərb istiqamətində çox ciddi infrastruktur yaradılıb. Hal-hazırda da bu infrastrukturun daha da təkmilləşdirilməsi istiqamətində iş gedir. İstər dövlət, istərsə də özəl investisiyalar bu sahəyə cəlb edilir. Eyni zamanda, Azərbaycan özünü digər partnyorları olan Gürcüstan, Qazaxıstan, Türkiyə, Rusiya və İranla tariflərin daha da sadələşdirilməsi, prosedurlarının sayının azaldılması, ümumiyyətlə daşımaçılıq istiqamətində koordinasiya olunmuş şəkildə fəaliyyət göstərir. Bütün bunlar nəticə etibarilə Azərbaycanıın nəqliyyat və logistika habına çevrilməsinə zəmin yaradır”, - deyə qedy edib.

V. Qasımlı əlavə edib ki, Azərbaycan Şərq-Qərb istiqamətində coğrafiyan verdiyi minimum imkandan maksimum ustalıqla istifadə edib: “Bu balaca imkan ondan ibarətdir ki, Azərbaycanla Çin arasında cəmi bir ölkə var: Qazaxıstan. Bu, Azərbaycanın Şərq-Qərb dəhlizi üzrə əsas həlqəyə çevrilməsinə imkan yaradıır. Azərbaycan artıq transkontinental dəyər zənciri yaradır. Bu dəyər zəncirində Azərbaycan bazar payını elə yerdə müəyyənləşdirir ki, onu oradan çıxarmaq mümkün deyil. Bu gün Rusiya, eləcə də İran Azərbaycan vasitəsilə Türkiyə bazarına çıxmaqda maraqlıdır”.

Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılovun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı baxımından Azərbaycanın logistika və ticarət sahəsində çox böyük potensialı var. “Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində bir neçə il bundan əvvəl artıq Azərbaycanın logistika və tranzit habına çevrilməsi istiqamətində bir sıra strateji layihələrə start verildi. Bu günkü iqtisadi şərtlər həmin o qərarların nə qədər vaxtında verildiyi göstərir. Ən vacib qərarlardan biri Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının, limanının bazasında əlavə dəyər yaradan infrastrukturun yaradılması, o cümlədən digər böyük ifrastruktur layihələri, Bakı-Tbilisi-Qars kimi layihələrin vaxtında başlanması bu günkü şərtlər daxilində zəruri addımların atılmasına imkan verir. Biz infrastruktur sahəsində ciddi irəliləyişlər əldə etmişik ki, bu da bizim mənfəət əldə etməmizdə rol oynayır. Tranzit və logistika habı Azərbaycan üçün həm makroiqtisadi amillər, həm də qeyri-neft sektorunun inkişafı baxımından Azərbaycana xarici investisiyanın gətirilməsi üçün çox vacib elementdir. Bu gün Azərbaycanın yerləşdiyi coğrafi mövqeyi istər ixrac, istər invesitisiya cəlbi baxımında çox mühümdür”.

Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov öz çıxışında tranzit və logistikanın əhəmiyyətindən danışaraq qeyd edib ki, bu istiqamətdə əsas iş prosedurların düzgün və əvvəlcədən müəəyyən olunmuş formada tətbiq edilməsidir. “Bu baxımdan

Azərbaycanda bu sahədə mükəmməl işlərə başlanılıb. Bura xüsusilə nəqliyyat infrastrukları üzərində qurulan gömrük prosedurları aiddir. Bizim ölkədə tətbiq olunan prosedurlar həmin infratruktura uyğundur. Biz Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, o cümlədən digər aiddiyyatı qurumlarla birgə bu məsələlər üzərində işləyirik”, - deyə Ş.Bağırov bildirib.

Maliyyə nazirinin müavini Emin Hüseynov qeyri-neft ixracının artmasında nəqliyyat və logistikanın əhəmiyyətindən danışıb. O bildirib ki, qeyri-neft ixracının artmasında müəssisə, firma, şirkət və təsərrüfat subyektləri istehsal prosesinin əsasını təşkil edir və və həər bir istehsal prosesind dəyər zənciri var. “Bu dəyər zəncirinin əvvəlində istehsal amilləri, istehsal vasitələri dayanır. Bu istehsal vasitələrini istehsal prosesinə cəlb etdikdən sonra əldə olunmuş məhsul da hələ qeyri-neft ixracına kömək etmir. Qeyri-neft ixracının artması üçün məhsul bazara qədər daşınmalıdır. Bazara çatdıqdan sonra da bu məhsul satılmalıdır. Bu prosesə böyük dəyər zənciri kimi baxsaq görərik ki, tranzit və ticarətin bu dəyər zəncirində önəmli yeri var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR