Bakıda avtomobilləri və evləri qarət edən şəxs yaxalanıb

Bakıda avtomobilləri və evləri qarət edən şəxs yaxalanıb
# 16 oktyabr 2014 09:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində silsilə oğurluqlar törədən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 12-də Balaxanı qəsəbəsi Q. Salahov küçəsində Pənah Burcəliyevə məxsus “VAZ-2106” markalı avtomobildən maqnitofon və sənədlər, sentyabrın 19-na keçən gecə Ramana qəsəbəsində Telman Babayevə məxsus “Mercedes” markalı avtomobildən 900 manat, sentyabrın 27-də Sabunçu qəsəbəsində Elvin Məmmədova məxsus “VAZ-2106” markalı avtomobildən maqnitofon, 2 ədəd səsgücləndirici, oktyabrın 7-də Sabunçu qəsəbəsi ərazisində, Böyükşor şosesində Ruslan Kərimova məxsus “Oka” markalı, Bəylər Əliyevə məxsus “VAZ-21074” markalı avtomobildən iki ədəd səsgücləndirici, Yalçın Şərifova məxsus “VAZ-21099” markalı avtomobildən maqnitofon oğurlanıb.

Avqustun 6-dan 14-dək olan müddətdə Ə. Bağırov küçəsində kirayədə yaşayan Südabə İsgəndərovanın evindən qapını sındırmaqla qızıl-zinət əşyaları, sentyabrın 2-də Balaxanı qəsəbəsində Şamil Aslanovun evindən 950 manat və 1500 ABŞ dolları, oktyabrın 11-nə keçən gecə Ramana qəsəbəsində Sənan Musayevin evindən 300 metr elektrik naqili oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Taleh Vaqif oğlu Xəlilov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR