Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları keçiriləcək

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları keçiriləcək
# 14 iyun 2016 11:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, test imtahanı 16-17 iyun tarixlərində baş tutacaq. Müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub.

Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimləri üstünlük təşkil edir. İmtahanların keçirilmə yeri və tarixi barədə əlavə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR