Ermənistanda çeviriliş etməyi planlaşdıran müxalif hərbçi saxlanılıb

Ermənistanda çeviriliş etməyi planlaşdıran müxalif hərbçi saxlanılıb
# 20 iyun 2016 12:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Ermənistanda müxalif hərbçi, Qarabağ müharibəsi iştirakçısı Jirayr Sefilyan saxlanılıb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə 20 may tarixində Tsisenakaberd şosesində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlıdır. Hadisə zamanı avtomobillərdən birində AK – 74 tipli iki avtomat və 120 güllə tapılıb.

Sürücü və sərnişin silah və döyüş sursatlarının qanunsuz saxlanılması ilə bağlı məsuliyyətə cəlb olunublar. Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxslərin kimliyi və qanunsuz silahlı dövriyyəsi ilə bağlı vəziyyət müəyyənləşdirilib.

İstintaqın məlumatına əsasən Jirayr Sefilyan bir qrup şəxslə silahlı hücumlar təşkil etməklə, bina, tikinti, rabitə və kommunikasiya vasitələrini, o cümlədən İrəvandakı teleqülləni tutmağı planlaşdırıb və bu məqsədlə silah və döyüş sursatlarının əkldə olunması daşınması və saxlanması həyata keçirilib. Dəstə üzvlərindən bəziləri aprel müharibəsindən sonra fəaliyyətə keçməyi planlaşdırıblar.

Cinayət işi çərçivəsində 8 nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan 6-sı həbs olunub. Bir nəfər barəsində axtarış elan olunub. Jirayr Sefilyan isə 20 iyun tarixində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR