Bank Of Baku

Nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət edib

Nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət edib
# 05 iyul 2018 11:20 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) meşə yanğınları ilə bağlı əhaliyə müraciət edib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət olunmalıdır.

 

“Əhalini meşədə istirahət edərkən məsuliyyətli, odla ehtiyatlı olmağa, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırırıq. Əks halda baş vermiş yanğın qarşısı alınmaz nəticələrə səbəb olur, meşə örtüyünə ciddi ziyan dəyir”, - deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR