İƏT üzvü olan ölkələrin qanköçürmə müəssisələri rəhbərlərinin 3-cü görüşü Bakıda keçiriləcək

İƏT üzvü olan ölkələrin qanköçürmə müəssisələri rəhbərlərinin 3-cü görüşü Bakıda keçiriləcək
# 01 fevral 2013 15:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin qanköçürmə müəssisələri rəhbərlərinin 3-cü görüşü Bakıda keçiriləcək. APA-nın xəbərinə görə, görüş Azərbaycanın Səhiyyə Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə 14-15 fevral tarixlərində baş tutacaq. Tədbirdə İƏT-ə üzv olan ölkələrin qanköçürmə müəssisələri rəhbərlərinin ötən görüşündən bu vaxta kimi əldə olunan nəticələr, mövcud problemlər müzakirə olunacaq, ölkələrin hesabatları dinləniləcək. Bundan əlavə, görüşdə İƏT üzvü ölkələrdə qanköçürmə sahəsində əməkdaşlıq, köçürmə üçün tibbi avadanlıqların , könüllü donorların cəlbi, bu sahədə İKT-nin tətbiqi və digər məsələlər müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR